Logo

"34 yaşım var, estetik əməliyyat etdirən xanımla heç vaxt evlənmərəm..." - Müşfiq SƏRT DANIŞDI

"34 yaşım var, estetik əməliyyat etdirən xanımla heç vaxt evlənmərəm..." - Müşfiq SƏRT DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Aktyor Müşfiq Şahverdiyev evlənəcyi xanımdan danışıb.

BiG.AZ-a özəl açıqlama verən aktyor bildirib ki, heç vaxt estetik əməliyyat etdirən xanımla ailə qurmaz.

M.Şahverdiyev hesab edir ki, təbii gözəllik onun üçün hər şeydən önəmlidir:

"Estetik əməliyyat etdirən xanımlar inciməsinlər, amma mən onları bəyənmirəm. Silikon, gel, burun əməliyyatı xanımlarda xoşuma gəlməyən xüsusiyyətlərdəndir. 34 yaşım var. Estetik əməliyyat etdirən qadınla heç vaxt evlənmərəm. Mən özüm iki dəfə burun əməliyyatı etdirmişəm, amma bu əməliyyat sırf çəpər əyriliyi ilə bağlı olub, estetik əməliyyat etdirməmişəm. Mənim üçün əsas odur ki, evlənəcəyim xanımın əxlaqı gözəl olsun".

M.Şahverdiyev açıqlamasında səhnədə olan xanımla heç vaxt evlənməyəcəyini də söyləyib:

"Səhnədən olan xanımla ailə qurmaq istəmərəm. Mənim anamın ən böyük arzusu mənim həkim bir qızla evlənməyim olub. İnşallah, arzusuna çatar".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR