Zaur qadağa qoyacaq: bu müğənnilər efirə çıxa bilməyəcək

Zaur qadağa qoyacaq: bu müğənnilər efirə çıxa bilməyəcək
Kateqoriya məlum deyil
T

Aparıcı Zaur Kamal müğənnilərə qadağa qoyacağını bildirib.

 

Sfera.az bildirir ki, verilişinə Özbəkistandan müğənni dəvət edən teleaparıcı həmin ölkədə ifaçıların səhnə tərzlərini xəbər alıb. 

 

Ölkə televiziyalarına çıxdıqda müğənnilərə açıq-saçıq geyimlərin qadağan olunduğunu öyrənməsi Zaur Kamalı da ilhamlandırıb. Sözügedən ölkədə nazirlik tərəfindən efirə çıxmaq üçün icazə vərəqələri verilir. Tv-yə dekolteli geyimdə çıxan müğənninin həmin sənədi həmişəlik əlindən alınır və toylara belə gedə bilmir.

 

Teleaparıcı da növbəti mövsümdən açıq-saçıq geyinən sənətçilərə efirində görünməyi qadacağan edəcəyinin anonsunu verib:

 

"Bizə efirdən azyaşlılar, ağasaqqallar baxır. Mən də gələn mövsümdən qadağa edəcəyəm. Onsuz da axşam şoularında edirəm". 

 

Teleaparıcının bu qərarı şou və sosial media əhli arasında müzakirələr yaradıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR