"Geyimə irad tutanlar 500 manat cərimələnsin"

"Geyimə irad tutanlar 500 manat cərimələnsin"

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov yeni cərimələrin tətbiq olunmasını təklif ediblər.

 

Sfera.az  xəbər verir ki, bu barədə onlar "Xəbər ertəsi" verilişində danışıblar. M.Rəsulov yüksəkdən danışanların cərimələnməsini istəyib. Aytən Səfərova isə bir-birini tanımayan insanların "sən" deyə müraciət etməsinə görə cərimə tətbiq olunmasını təklif edib:

 

"Ağsaqal və ağbirçəklərə "sən" deyə müraciət edirlər. Tanımadığı insanlara belə müraciət edənlər cərimələnməlidir. Bu, mədəniyyətsizlikdir. Bakı həmişə mədəni şəhər olub. Axır illər Bakıya nə olub?

 

Başqasının geyiminə görə söz atanlara və kəm baxanlara cərimə tətbiq olunmalıdır. Biz dünyəvi dövlətdə yaşayırıq. Kim nə istəyirsə, onu da geyinə bilər. Öz gözünə, nəfsinə hakim ola bilmirsənsə, bunun başqasına heç bir aidiyyatı yoxdur. Bəlkə bu sənin də bir sınağındır. Paltara irad tutanlar, yazılmayan qadağalar qoyanlar birbaşa 500 manat cərimələnsin". (Axşam.az)


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxtı tezliklə açıqlanacaq

Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsə dair diplomatik səylər davam edir. Kreml sözçüsü Dmitri Peskov üçüncü danışıqlar raundunun tarixinin yaxın...

İyul ayında 40 dərəcə isti olacaq

İyul ayı Respublikada yay fəslinin ən isti ayıdır. Hava şəraitinin sabitləşməsi və günəşin təsiri altında iyulda havanın temperaturu iyun ayına nisbətən daha 3-...

"KamAZ" VAZ-la toqquşdu: ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadiəsi baş verib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Eyvazallar kəndi ə...

Elarizin qızı məhkəmədə ifadə verdi

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə istintaqı qaldığı y...

Dünənki qəzada həlak olan vəzifəli şəxs və sərnişinin- FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 29-u Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.   Sfera.az ...

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.   Sfe...