"Onun sözünü bu qulağımdan alıb, o birindən buraxıram"

Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, söz ustası haqqında müzakirələrin getməsini normal qarşıladığını bildirib.
O, meyxanaçı Vüqar Əbdülün onun ünvanına dediyi sözlərə belə cavab verib:
"Öndə olmağa çalışıram. Meyxana toya qədərdir. Mən isə müxtəlif istiqamətlərdə özümü sınayıb, tanınmağa çalışıram. Aktyor kimi çəkilirəm. Deyirsiniz ki, Vüqar haqqımda nəsə deyib. Onun sözü mənim üçün yazılan şərhlərdən biridir. Bu sənətə gələndə müzakirə olunmağa hazır idim. Kim nə deyirsə, bu qulağımdan alıb, o birindən buraxıram. Hamıya cavab versəm, bu yerə gəlib çıxa bilməzdim. Tanınmış sima olmaq istəyirəm. Meyxana sənətini müəyyən yerə qədər gətirə bildilər, necə ki, ustadlarımız etdilər. Məqsədim tanınmaqdır ki, meyxananı daha yüksək yerlərə çatdıra bilim. Dünyada simama görə sənətimi nümayiş etdirmək istəyirəm. Xarici dildə oxumasam da, mənə görə italyan da qulaq asacaq".