Bu müğənnilərə efir qadağası qoyuldu – SƏBƏB

Bu müğənnilərə efir qadağası qoyuldu – SƏBƏB

Aparıcı Tarix Əliyev (Tolik) efir mədəniyyəti olmayan müğənnilləri verilişinə dəvət etməyəcək.

 

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində bildirib. O, həmkarını da bu addımı atmağa səsləyib:

 

“Bu yaxınlarda həmkarım Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayacağam. Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bu gün görürəm ki, aparıcı Elgiz Əkbər də onları “boykot” etməyə səsləyib. Biz “boykot” etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlar ona baxacaqlar. Anam evdə nə verirsə, onu yeyirəm. Restoranda olanda fərqli yeməklər sifariş edirəm. Bir-iki ay bunları verməsək, onlar heç kimin yadına düşməyəcək və televiziyalar buna öyrəşəcək. Biz bununla reytinq yox, zövqlü tamaşaçı meyarını gətirəcəyik. Bu müğənnilər qoy bilsinlər ki, efir Tiktok deyil. Özünə hörmət edən aparıcılar birləşərək bu işi görməlidirlər. Qoy getsinlər tiktok-da trend olsunlar. Bura gəlməyin, bizdən uzaq, Allaha yaxın”.


OXŞAR XƏBƏRLƏR

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...