“Geyimini bilməyənlər efirə çıxmasınlar” - Əməkdar artist

“Geyimini bilməyənlər efirə çıxmasınlar” - Əməkdar artist

"Onlar öyrənən deyil, canlarındakı budur. Biz gənclik dövrümüzdə müəyyən qaydaları öyrənib gəlmişik. Səhnədə necə hərəkət edə, nələri deyə bilərik. İndiki gəncliyə sərbəstlik yox, özbaşınalıq verilib".

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyevaya "İncə səhər" verilişində deyib. O, efirə qısa, açıq-saçıq geyimdə çıxan müğənniləri və buna şərait yaradanları tənqid edib:

 

"Zamanın dəyişməsi o demək deyil ki, səhnədə nə istəsən edə bilərsən. O gün bir gənc müğənnini instaqramda gördüm, onun yerinə utandım. Elə bildim oradayam və özümü pis hiss etdim. O cür də efirə çıxıb. Bunu rejissor, prodüser görmür ki, necə efirə çıxır? Dünyanın heç bir yerində belə bir şey yoxdur. Harada biədəb şey var, bizim millət onu tez götürür. Düzdür, konsertlərdə, tədbirlərdə açıq geyinmək olar. Xüsusilə də estrada ifaçıları. Amma efir etalondur. Buna yol vermək olmaz. Dünən səhnəyə çıxmısınız, bu, özgüvən deyil, tərbiyəsizlikdir. Oyna, rəqs et, bunun üçün qısa geyinməli deyilsən, sizə gənc nəsil baxır. Buna imkan verməyin. Bunu efirdə təbliğ etməyin. Bunu demədən etmək lazımdır. Elə ab-hava yaratmaq lazımdır ki, o özünü yığışdırsın. Efir mədəniyyəti yoxdur.

 

Aygün Kazımova verilişinizə gəlmişdi, izlədim. Görün necə geyinmişdi. O, açıq geyinə bilməzdi? Aygün xanım açıq geyinməyin tarixini yazan müğənnidir. Amma hər yerin öz geyimi var. Geyimini bilməyənlər gedib mağarın arxasında oynasınlar, efirə çıxmasınlar"./Axşam.az


OXŞAR XƏBƏRLƏR

İran-Azərbaycan münasibətlərinin bəzi özəllikləri

İl ərzində onlarla xarici dövlət rəhbərinin ölkəmizə gəlişi bizi bu səfərlərin təbii və gözlənilən olduğuna alışdırıb. Ona görə də belə səfərlər cəmiyyət tərəfi...

Vətəndaşların nəzərinə: Bu halda 960 manat müavinət ala bilərsiniz

Azərbaycanda vəfat edən şəxsin yaxınlarına dəfnlə bağlı maddi dəstək göstərilir. Bu məqsədlə dəfn müavinəti verilir. Təəssüf ki, bir çox insan bu hüquqdan ya xə...

46 soydaşımızı sovet işgəncəsindən xilas edib, gizli yolla ölkəyə gətirdi

“Qəhrəmanlıq Varislikdir”   1990-cı il, Ulyanovsk şəhər həbsxanası. Azərbaycandan 46 məhbus gətirilib. Varis Məcidovun telefonu zəng çalı...

Nazilə Səfərlinin hamıdan gizlətdiyi xəstəliyi varmış

Şair və qiraətçi Nazilə Səfərli səhhətində yaranan ciddi problemdən danışıb.   Sfera.az xəbər verir ki, sənətçi bir ayağı digərindən kiçild...

Medvedev iki ölkəni nüvə silahı ilə hədələdi - "Onlar Rusiya üçün hədəflərdir”

Rusiya Federasiyasının sabiq prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nun genişlənməsi ilə bağlı sərt açıqlama verib. O, bildirib...

ABŞ xəbərdarlıq etdi - Nüvə müharibəsi başlayır?

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynada hərbi əməliyyatların davam etməsinin nüvə eskalasiyası riskini artırdığını bildirib.    Sfera.az ...