Logo

Məşhur meyxanaçı Balaəli dəymiş zərəri qarşıladı

Məşhur meyxanaçı Balaəli dəymiş zərəri qarşıladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam".

Sfera.az xəbər verir ki, bu sözləri Musavat.com-a tanınmış meyxanaçı Balaəli Maştağalının qəza törədərək avtomobilinə zərər vurduğu şəxs bildirib.

O qeyd edib ki, zədələnmiş faraların ödənişini meyxanaçı edib və ona dəyən zərər tam ödənilib.

Qeyd edək ki, ötən gün şikayətçi bildirmişdi ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində "Mercedes Benz G-Class" markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın onun avtomobilinə çırpılıb.

O, sürücünün tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır - red.) olduğunu görüb. O, meyxanaçı ilə öz aralarında razılığa gəlsə də, Balaəli 200 manatdan artıq pul ödəməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR