İnsult keçirdikdən sonra ilk dəfə efirə çıxdı- VİDEO

Maqazin
14:05 / 07.04.2025
3590
Bu ilin yanvarında insult keçirən Xalq artisti Fatma Mahmudova ilk dəfə efirə çıxıb.
Sfera.az xəbər verir ki, o, “Tarixin bir günü” verilişinə qonaq olub.
“Mən Allahımdan çox razıyam, ona təşəkkür edirəm. Mən o dünyadan bu dünyaya gəlmişəm. Bu gün yaşayıramsa, bunun hamısını Allah edib. Bilmirəm, bəlkədə kiməsə yaxşılıq etmişəm. Mən pislik edən adam olmamışam. Elə bir vəziyyətdəyəm ki, heç bir verilişə gedə bilmirəm.
1991-ci ildə ağır qəza keçirmişəm. Gəncənin girişində avtobus partladı, mən o terrorun ilk qurbanı oldum. Gəncə teatrının aktyorları məni meyitlərin içərisində axtarıb. Yaxşı ki, Allah mənə bunları etdi. Belə olmasa idi, yaxşı ilə pisi tanımayacaqdım. Mən çox adamları tanıdım...”, - deyə, Xalq artisti bildirib.