Logo

Təmsilçilərimiz “Avroviziya”da neçənci çıxış edəcək?

Təmsilçilərimiz "Avroviziya"da neçənci çıxış edəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanı "Avroviziya 2025" mahnı müsabiqəsində təmsil edəcək "Mamagama" qrupu səhnəyə birinci yarımfinalda 10-cu çıxacaq.

Sfera.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.

Qrup ölkəmizi "Run With U" mahnısı ilə təmsil edəcək.

Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR