Türkiyəli məşhurların bilinməyən xəstəlikləri

Türkiyəli məşhurların bilinməyən xəstəlikləri

Türkiyəli sənətçilərin bəziləri müəyyən xəstəliklərdən əziyyət çəksə də az adam bununla bağlı məlumatlıdır.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Türkiyənin “Posta” qəzeti araşdırma aparıb.

 

Şəxsi həyatı və karyerası ilə tez-tez gündəmə gələn, qalxanabənzər vəzində problem olan və müntəzəm dərman qəbul edən məşhur aparıcı Seda Sayan aclığa dözə bilmir. Yemək yeməyəndə başgicəllənmə və narahatlıq keçirən aparıcı bu sağlamlıq probleminə hələ də qalıcı çarə tapa bilməyib.

 

“Minik serçe” ləqəbi ilə tanınan ustad sənətçi Sezen Aksu uzun illərdir “panik atak”dan müalicə alır. Müalicə prosesinə baxmayaraq, o, hələ də bu xəstəliyə tam qalib gələ bilməyib.

 

Uğurlu aktyorluğu ilə tanınan Kıvanç Tatlıtuğ isə bir müddət yuxusuzluqdan əziyyət çəkib. O, uzun müalicə prosesi sayəsində həyati təhlükəsi olan bu xəstəliyə qalib gələ bilib.

 

Məşhur şoumen Mehmet Ali Erbil isə “qaçış sindromu” adlanan xəstəliyə görə tez-tez xəstəxanaya yerləşdirilir və daimi həkim nəzarəti altında yaşayır.

 

79 yaşlı məşhur müğənni Ajda Pekkanın ürək problemi isə illər sonra üzə çıxıb. Daha əvvəl ürəyinə iki stend taxılan Pekkanın xəstəliyi təkrarlanandan sonra yenidən ürək əməliyyatı etdirib. Son zamanlar bununla bağlı heç bir problem yaşamasa da, müğənninin ürək xəstəliyi hələ də davam etməkdədir.


OXŞAR XƏBƏRLƏR

Bu bitki yuxusuzluq problemini aradan qaldırır

İnsan sağlamlığına faydalı olan qidalardan biri də nanədir. Nanə həm müalicəvi xüsusiyyətləri, həm də xoş ətri ilə tanınan bitkidir.   Sfera.az nanən...

Biznesim batdı, dirçəldə bilmədim - Elməddin

2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etd...

Quterreş müsəlmanları bu sözlərlə təbrik etdi

BMT Baş katibi Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib və onlara ən xoş arzularını çatdırıb.   Sfera.az xəbər ...

Motokros yarışında 65 yaşlı motosikletçi öldü

Çexiyanın Litomışl şəhəri yaxınlığındakı Banatki kəndində keçirilən motokros yarışı zamanı bir motosikletçi həlak olub.   Sfera.az Trend-ə istin...

Özcan Dəniz ölümlə TƏHDİD EDİLDİ - Prokurorluq HƏRƏKƏTƏ KEÇDİ

Türkiyəli müğənni Özcan Dəniz və bacısı Mələk Kasap qardaşları Ercan Dəniz haqqında İstanbul Baş Prokurorluğuna şikayət ərizəsi təqdim ediblər. Şikayət ərizəsin...

Təmizlikçi xanım aylarla iş yoldaşını zəhərləyib

56 yaşlı polşalı qadın 51 yaşlı həmkarının içkilərinə sistemli şəkildə zəhərli maddələr qatmaqda ittiham olunur. Yerli mətbuatın yazdığına görə, iki qadın sadəc...