Efirdə meyxanaçılar söz davasına çıxdı: "Bəyənməsi üçün mahnı oxumuram" - VİDEO

Maqazin
19:41 / 25.03.2025
2050
ATV-də yayımlanan "Gün ortası" verilişində gərgin anlar yaşanıb.
Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bir öncəki efirdə meyxanaçı Yaşar Qafanlının mahnı oxuyan həmkarlarına söz atması cavabsız qalmayıb.
Qafanlının fikrincə, meyxanaçılar mahnı oxumaqla müğənnilərin haqqına girirlər. Onun bu sözlərinə, meyxanaçılar Balaəli Maştağalı və Pərviz Bülbülə münasibət bildiriblər.
Yaşarla dost olduğunu deyən Pərviz ona xitabən "bəyənib-bəyənməməsinə görə studiyaya gedib mahnı oxumuram" şəklində cavab verib. Pərviz dostuna öz işi ilə məşğul olmağı tövsiyyə edib.
Balaəli isə mahnı oxumaq haqqından istifadə etdiyini deyib.
Ətrafı videoda: