Samirənin Xankəndidə papaqatma macərası - VİDEO



Samirənin Xankəndidə papaqatma macərası - VİDEO

Aşıq Samirə Əliyeva Novruz bayramını Xankəndidə keçirib. İfaçı oradakı sakinlərin qapısına papaq atıb. 

 

Sfera.az xəbər verir ki, həmin anları izləyiciləri ilə bölüşən Samirə bunları yazıb:

 

"Bir zamanlar evlərindən yeni didərgin düşmüş insanların qapılarına papaq atanda əksəriyyəti heç qapını açmırdılar. Uşaq idim deyə küsürdüm. Başa düşmürdüm ki, axı faciə yaşayan insanlarda hansı bayram əhvalı ola bilər, ay Samirə? Bəlkə süfrələri də boşdur. 


 

Allaha həmd olsun, o qəmgin xatirələri bu gün xoş xatirələrlə əvəz etmək nəsibimiz oldu.
 

Elindən, obasından didərgin düşənlər artıq öz isti yuvalarına dönüblər, bayramı elə bayram əhval-ruhiyyəsində qeyd edirlər. Bu xoş günləri bizə yaşadan Allaha həmd olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin". /Axşam.az




OXŞAR XƏBƏRLƏR

ABŞ və Ukrayna rəsmilərinin Ər-Riyaddakı görüşü başa çatıb

ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən Ər-Riyad görüşünün ikinci mərhələsi başa çatıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə...

İran Azərbaycanla Ermənistanı sülh müqaviləsini tezliklə imzalamağa çağırıb

İran Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayır.   Sfera.az APA-ya istinadən xəbər verir...

Argentina nasistlər haqqında məlumatların məxfiliyini ləğv edəcək

Argentina prezidenti ölkəyə qaçan nasistlərlə bağlı sənədlərin məxfilikdən çıxarılmasına göstəriş verib.    Sfera.az bildirir ki, ölkə prezident...

Ermənistan İranla ticarət əməliyyatlarını artırmaq istəyir

Ermənistan İranla illik ticarət dövriyyəsinin dəyərini 3 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Sfera.az “Report”a istinadən xəbər verir ...

Sevda ilk dəfə qızının üzünü göstərdi - FOTOLAR

Müğənni Sevda Yahyayeva ailəsi ilə birgə Qubaya tətilə yollanıb.   Sfera.az xəbər verir ki, sənətçi istirahətə həyat yoldaşı, həkim - genetik Zakir B...

Süni tənəffüs aparatına qoşulan aktyorun son durumu - Qızı danışdı

"Atam süni tənəffüs aparatına qoşulub. Hələ ki, səhhətində irəliləyiş yoxdur".   Sfera.az xəbər verir ki, bu sözləri Teleqraf-a Dövlət Akad...