"Gedirsə də, qapılar açıqdır, yaxşı yol!" -Aysun

"Gedirsə də, qapılar açıqdır, yaxşı yol!" -Aysun
Kateqoriya məlum deyil
T

Bir müddət öncə vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılan müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, o, "Tarixin bir günü" verilişində qonaq olarkən xəyanət barədə danışıb:
 

"Xəyanəti heç vaxt keçmərəm. Bu günə qədər də keçməmişəm. Mən o qədər zəif qadın deyiləm ki, kimisə məndən artıq tutub kiməsə getsinlər. Gedirsə də, qapılar açıqdır, yaxşı yol. Xəyanəti edən insan itirmiş olur və özü-özünü aldadır.


Sevdiyim insanın ürəyi başqasını istəyib, gedibsə, deməli o ürəkdə mən yoxam. Başqasına toxunub sonra mənə toxuna bilməz. Özümü kirli hiss edərəm, o insandan diksinərəm. Gözümün önünə gətirərəm ki, mənimlə yaşadıqlarını başqası ilə də yaşayır. O an onu bitirərəm". /Bizim.Media

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR