Aysunun ərindən gözlənilməz PAYLAŞIM: “Xəyanətin kölgəsində...”


Aysunun ərindən gözlənilməz PAYLAŞIM: “Xəyanətin kölgəsində...”

Aysun İsmayılovanın əri, tanınmış vəkil Ramil Vəliyev sosial şəbəkədə paylaşdığı video ilə müzakirələrə səbəb olub.

 

Sfera.az xəbər verir ki, Ramil Vəliyev sosial media hesabından "xəyanətin kölgəsində sevgi solur" adlı mahnının müşayiəti ilə video paylaşıb.

 

İzləyicilər isə bu paylaşımdan sonra bir sıra iddialar irəli sürərək müğənninin onu aldatdığını, buna görə ayrılıq olduğunu iddia ediblər.      

 

Mahnının sözləri belədir:

"Xəyanətin kölgəsində sevgi solur

Yalanlar əsir edir, ürək dolur

Zamanla bu acı sönər bəlkə,

Amma izi qalır qəlbimizdə

Hər şey dəyişdi,

Bir vaxtlar sevdiyim üz

İndi yad kimi

Sözlərində gizlidir

Xəyanətin izi".

 

Xatırladaq ki, müğənni Aysun İsmayılova və həyat yoldaşı, bir müddət öncə boşanmağa qərar veriblər. Bu barədə Ramil Vəliyev məlumatı təsdiqləyərək bildirib ki, boşanmanın səbəbi onun kobud və soyuq xarakteridir. O, həmçinin qeyd edib ki, hər iki tərəf nikahın pozulması üçün mediasiyaya müraciət edib. 

 

Aysun İsmayılova isə sosial media hesabında açıqlama yayaraq övladının gələcəyini nəzərə alaraq ailəsi ilə bağlı danışmaq istəmədiyini bildirib və mediadan bu mövzuda suallar ünvanlamamalarını xahiş edib.

 

Qeyd edək ki, cütlüyün Sevgi adlı  bir qızı da var. /Yenisabah.az


OXŞAR XƏBƏRLƏR

22 il monastırda özünü rahibə kimi göstərərək yaşayıb - SƏBƏB

İyirmi ildən çox Dominikan monastırlarında "Marqarita bacı" kimi yaşayan Frank Tavaresin bənzərsiz hekayəsi ictimaiyyəti şoka salıb, kitablar və sənəd...

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   ...