Rəqsanə efirdə Aysuna görə ağladı - VİDEO

Rəqsanə efirdə Aysuna görə ağladı - VİDEO

Müğənni Rəqsanə “7 Tamam” verilişinə zənglə qoşulub.

 

Sfera.az xəbər verir ki, ifaçı qızı Aysun İsmayılova haqqında danışarkən gözyaşlarını saxlaya bilməyib.

 

“Aysun mənim həyatımda ən yaralı yerimdir, bunu hər kəs bilir. Aysunun taleyində yaşananlara çox pis oluram çünki mənim yaşadıqlarımın hər birini bir-bir Aysun yaşayır. Necə ki, mən Aysunu tək böyütmüşəm, o da qızını hazırda tək böyüdür. Aysuna qurban olum. Mən onunla fəxr edirəm. Nə yaxşı ki, belə bir övladım var. Bu barədə danışanda həmişə mən ağlayıram. İstəyirəm ki, Aysun həyatda o qədər xoşbəxt olsun ki, heç pis olmasın. İstəyirəm, qadınlarımızın hamısı xoşbəxt olsun”,-o, deyib. 

 

Firuzə Əliyeva    

 


OXŞAR XƏBƏRLƏR