Səidə Dadaşova ilk dəfə oğulluğu ilə efirə çıxdı

Maqazin
15:38 / 01.03.2025
2822
Müğənni Səidə Dadaşova ilk dəfə oğulluğu ilə canlı efirə çıxıb.
Sfera.az xəbər verir ki, ifaçı "Xəzər axşamı" verilişinə qonaq olub. Daha sonra onun həyat yoldaşı Məhəmmədin (Maqa) ilk evliliyindən olan övladı Osman studiyaya gəlib.
"Bu uşağın yaraşığı onun başının bəlasıdır. O elə Osman kimi də Osmandır. O mənim həyat yoldaşımın birinci xanımının övladıdır. Osman mənimlə çalışır. Yəni getdiyim məkanlarda hər zaman yanımda olur. Oğlum Rafaellə münasibəti çox əladır. Onlar bir-biri ilə nəfəs alırlar" -deyə Səidə bildirib.
Osman Bakıda 49 saylı orta məktəbin səkkizinci sinifində təhsil alır.
Xatırladaq ki, Səidə və Məhəmmədin Rafael adlı bir oğlu var.