“Kömək etdiyim o xanım indi bir nömrədir” - Manaf kimi nəzərdə tutur?


“Kömək etdiyim o xanım indi bir nömrədir” - Manaf kimi nəzərdə tutur?

Müğənni Manaf Ağayev açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

 

Sfera.az olay.az-a istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Rəngarəng" verilişində bildirib ki, xanım həmkarı onun məsləhətinə əməl etdikdən sonra toy bazarında birincilik əldə edib.

 

"Bir xanım müğənni var. Bu dəqiqə o çox məşhurdur və çox sayda toylara gedir. Günlərin bir günü gəlib mənə dedi ki, nə oxuyuramsa tutmur, mən nə edim, məsləhət verin. Onun mahnılarını və oxumağını dinlədim anladım ki, həqiqətən də bu əsl sənətdir və ona uyğun mahnılar oxuyub, kliplər çəkdirib. Dedim ki, bu əladır amma bunlar heç kimə lazım deyil. Sən istədiklərini eləmək üçün bunlara etməyin gərək deyil. Yalandan çıxıb demək ki, sənət üçün bunu etdim və sairə... Üstəlik sən toya getməyə yol axtarırsan. O xanım müğənniyə lazım olan material verdim bundan sonra o oldu bir nömrə. Hazırda o bizim bu toy bazarında bir nömrədir. O, Arzu Bədərlidir. Onu mən yollamışam, mən seçmişəm. Ona dedim ki, sən klassik mahnılarla toy bazarına girə bilməyəcəksən. Arzuya çox dəstək oldum. Müğənni toy bazarına girmək üçün düzgün seçim etməlidir. Əsl sənət üçün oxuyursansa efirə çıxmaq lazım deyil, otur evdə oxu", - deyə Manaf vurğulayıb. 


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...