Dünyaca məşhur musiqiçi Bakıya gəlir

Maqazin
17:49 / 27.02.2025
5788
Dünyaca məşhur kamança və saz ustası, dərin melodiyaların sənətkarı Mark Eliyahu Bakıda olacaq.
Sfera.az xəbər verir ki, bu barədə “İticket.az” saytına məlumat yerləşdirilib.
Kamança və tar kimi ənənəvi alətləri müasir elementlərlə birləşdirərək unikallığı ilə seçilən musiqiçi sevənləri ilə 4 may 2025-ci ildə Heydər Əliyev Sarayında görüşəcək.
Konsert üçün biletin qiyməti minimum 40, maksimum 220 manatdır.