“Nikosayağı” ikinci dəfə ata oldu

Maqazin
13:40 / 24.02.2025
5647
Ağır avtomobil qəzasından sonra gözdən itən bloger Nicat Şakirlinin (Nikosayağı) ailəsində xoş hadisə baş verib.
Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə iddialar yayılıb.
Məlumata görə, Nicatın ikinci övladı dünyaya gəlib. Bir oğlu olan bloger dörd ay öncə qız atası olub.
Qeyd edək ki, Nikosayağı düşdüyü ağır qəzada bir qolunu itirib. Həmçinin onun avtomobilində olan dostu həlak olub.