Logo

Nikol Kidman və Keyt Urbanın evinə oğru girdi

Nikol Kidman və Keyt Urbanın evinə oğru girdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hollivud aktrisası Nikol Kidman və onun əri, musiqiçi Keyt Urbanın Beverli Hillsdəki malikanəsinə oğru girib.

Sfera.az bildirir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb .

Nikol Kidman və Keyt Urban soyğun zamanı evdə olmayıblar. Lakin jurnalistlərin dediyinə görə, sənətçilərin əməkdaşlarından biri oğrunu qorxudub. Kişi malikanənin pəncərəsini sındırsa da, ayaq səslərini eşidib qaçıb. Hələlik nəsə oğurlanıb-oğurlanmadığı məlum deyil. Qeyd olunur ki, polis Nikol Kidman və Keyt Urbanın mülklərini yoxlamasını və məlumat paylaşmasını gözləyir. Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.

Nikol Kidman və avstraliyalı müğənni Keyt Urban 2005-ci ildən birlikdədir. Cütlüyün iki övladı var: Sunday Rose və Faith Margaret.

Aktrisanın həmkarı Tom Kruzla evliliyi zamanı övladlığa götürdüyü iki uşağı da var. Sənətçilərin 2001-ci ildə boşanmasından sonra qızları İzabella Ceyn və oğlu Konnor Entoni atalarının yanında qalmağa üstünlük veriblər.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR