Gənc aktrisa HƏDƏLƏNDİ: Gizlincə fotolarını çəkib...

Türkiyədə “Leyla” serialında rol alan Cemre Baysel xoşagəlməz hadisə ilə üzləşib.
Sfera.az xəbər verir ki, serialın çəkiliş meydançasında karavanda dincələn aktrisa iki nəfərin gizli şəkildə fotolarını çəkdiyini görüb. Həmin şəxslər aktrisanın fotolarını çəkərək onu hədələyiblər.
Daha sonra onlar diqqəti cəlb etmək üçün Cemrenin adından serialın çəkiliş qrupu üçün 50 yemək sifarişi göndərib.
Bunun ardınca təqibçilər gənc aktrisanın anası Fatoş Baysellə telefonla əlaqə saxlayıb və təhdid ediblər.
Bu hadisədən sonra Baysel həm özünün, həm də ailəsinin təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayətdən sonra şübhəlilərdən biri saxlanılıb. Digər şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.
Hadisələrdən sonra serialın çəkiliş meydançasında təhlükəsizlik tədbirləri gücləndirilib.