Nazın eks-nişanlısı bütün SİRLƏRİN ÜSTÜNÜ AÇDI: "Mən azərbaycanlı qızla..." - VİDEO

Nazın eks-nişanlısı bütün SİRLƏRİN ÜSTÜNÜ AÇDI:

Zuhal Topalın evlilik proqramına qatılan azərbaycanlı qız Naz Milanın keçmiş nişanlısı Baha ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Baha şəxsi "instagram" bloqunda verilişin əsl üzünü və bütün həqiqətləri açıqlayıb. O, paylaşdığı videoda bildirib ki, verilişdə baş verən hadisələrin çoxu əslində şou və reytinq naminə qurulur.

Bahanın sözlərinə görə, verilişdən çıxdığı üçün kanalın əməkdaşları tərəfindən təzyiqə məruz qalıb. Hər şeyin ssenari üzrə qurulduğunu iddia edən Baha Nazın verilişə yalnız müqaviləsi olduğu üçün gəldiyini də bildirib.

Lakin daha sonra verilişin digər iştirakçısı Birkan Key Bahanı verilişə böhtan atmaqda və Nazı döyməkdə ittiham edib: "Bizim kitabımızda qadına əl qaldırmaq yoxdur. Sevən insan sevdiyini özü ilə aparar. Nazın səni sevmədiyini yaxşı bilirsən. Bu veriliş oyun deyil. Əgər oyun idisə, proqramda niyə iştirak edirdin?"

Qeyd edək ki, Naz Milanın Azərbaycandan ona elçi düşən model Əli Əkbərlə eşq yaşamasına hirsləndiyi üçün Baha proqramdan uzaqlaşıb. Naz Türkiyə və Azərbaycan mətbuatına açıqlamasına Bahanın onu döyməsi ilə bağlı xəbərləri təkzib edib.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...