Çingiz ilk dəfə ukraynalı xanımından danışdı - VİDEO


Çingiz ilk dəfə ukraynalı xanımından danışdı - VİDEO

“Avroviziya” təmsilçimiz Çingiz Mustafayev ukraynalı xanımı Yana Nijniklə bağlı danışıb.

 

Sfera.az bildirir ki, bu barədə o, “Efirdən kənar” proqramında açıqlama verib.

 

Çingiz deyib ki, həyat yoldaşı ilə iki ildir birlikdədir:

 

“Biz iki ildən çoxdur bir yerdəyik. Bu gün də öz üzərimizdə çalışırıq. Təbii ki, hər kəsin fərqli xarakteri var, o başqa mühitdə böyüyüb, mən başqa. Məsələn, onun öz travmaları varsa, başa düşür ki, özü həll etməlidir və aradan qaldırır. Eynilə də mən. Hər bir şey əziyyət tələb edir. İstər dostluq, ailə həyatı, istərsə də, biznes. Bunlar diqqət istəyir. Sadəcə bizdə elə bir düşüncə tərzi var ki, deyirlər, məni olduğum kimi qəbul etməlisən. Bu, yanlışdır. İnsan öz üzərində işləməlidir. Fərd olaraq da, ailədə də. Deyirlər, çox gəzən bilər. Mənə elə gəlir ki, bu məqamın da bizə müsbət təsiri var. Biz bir il Yana ilə dostluq etmişik. Hər şey dostluqdan başlayır. Sevgi var idi, sadəcə sevginin fəsil kimi dəyişməyi var. Fəsillər kimi qışı, yayı, yazı, payızı var... Ona görə sevgiyə güvənib ailə qurmaq da düzgün deyil. Onunla birinci görüşdə düşündüm ki, doğrudan da bu qədər yaxşı ola bilərmi? Yəni ətrafındakı insanlara, heyvanlara qarşı... Yana 16 ildir ət yemir, sırf heyvanlara yazığı gəldiyi üçün. Elə bir ürəyi var. Bir il onunla dostluq etdim, dedim, oynamaq deyil. Həqiqətən də belədir”.  (Olay)

 


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...