Logo

Qonşuları Ajda Pekkanı məhkəməyə verdi

Qonşuları Ajda Pekkanı məhkəməyə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

79 yaşlı sənətçi Ajda Pekkan Bodrumdakı dəbdəbəli villasında 7 aydır davam edən təmir işlərinə görə qonşuları ilə problem yaşayır.

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qonşuları məşhur müğənniyə qarşı məhkəmə iddiası qaldırıb.

Belə ki, Pekkan Bodrumda 4 mərtəbəli dəbdəbəli villasını təmir etmək üçün 10 nəfərlik bir qrupunu işə götürüb. 7 aydır davam edən təmir sənətçinin qonşularını təngə gətirib.  Onlar bu səbəbdən müğənniyə xəbərdarlıq ediblər. Təmir prosesinin vaxtında tamamlanmaması və hər gün gələn tikinti maşınlarının yaratdığı səs-küydən narahat olan qonşular çarəni Pekkanı məhkəməyə veriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR