Azərbaycanın "Avroviziya 2025" təmsilçisi açıqlandı


Azərbaycanın "Avroviziya 2025" təmsilçisi açıqlandı

İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” musiqi yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə "Avroviziya"da Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat yayıb.

 

Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

 

"Mamagama" 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən "Kënga Magjike" beynəlxalq musiqi festivalında uğur qazanıb.

 

"Mamagama" 3 nəfərdən ibarətdir: Asəf (Frontmen və əsas vokalçı), Hass (Gitara ifaçısı) və Arif (Zərb alətləri).


OXŞAR XƏBƏRLƏR

Vətəndaşlar maaşlarını istədikləri bankdan ala biləcəklər - YENİLİK

"Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu".   Sfera.az&nbs...

Papa Fransiskin dəfninə qatılacaq liderlərin sayı məlum olub

21 aprel 2025-ci ildə vəfat edən Roma Papası Fransiskin sabah Romada dəfn mərasimi keçiriləcək. Mərasimə dünyanın 50 çox ölkəsinin dövlət və hökumət başçıları, ...

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.   Sfera.az Musavat.com-a istinadən xəbə...

İlham Əliyev Kaya Kallası qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti...

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 ap...

Çin bu tarifləri ləğv edə bilər

Çin hökuməti ABŞ-dən idxal edilən bəzi məhsullara tətbiq etdiyi 125%-lik tariflərin ləğvini nəzərdən keçirir.    Sfera.az “Bloomberg&rdquo...