Logo

Müğənni Xatirə İslamın 960 manat kommunal borcu var? - AÇIQLAMA

Müğənni Xatirə İslamın 960 manat kommunal borcu var? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Xatirə İslamın kommunal borcunu ödəmədiyi barədə xəbərlər yayılıb. İddiaya görə, müğənninin Nəsimi rayonunda yerləşən mənzilinə görə (şəxsi məlumat olduğu üçün dəqiq ünvanı göstərmirik – red.) kommunal borcu artıq 960 manata qalxıb. Qeyd olunur ki, Xatirə İslam lift xidmətinə görə də ödəniş həyata keçirməyib.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı müğənninin köməkçisi Musavat.com-a açıqlamasında sənətçinin Nəsimi rayonunda mənzilinin olmadığını bildirib:

“Biz bilmirik bu xəbərləri kim yayır. Xatirə xanımın Nəsimi rayonunda mənzili yoxdur. Olmayan mənzilin necə borcu ola bilər?”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR