Gülben Ergen prokurorluğa çağırıldı
Maqazin
20:16 / 29.01.2025
18562
Türkiyəli müğənni Gülben Ergen cinsi istismara məruz qalan körpə Sıla ilə bağlı paylaşımında yer alan ifadəyə görə prokurorluğa çağırılıb.
Sfera.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə paylaşım edib.
“Narin üçün, Rojin üçün, Sıla üçün, incidilən, öldürülən və zorakılığa məruz qalan bütün uşaqlar üçün göstərdiyim səylər ölkəmə borcumdur. Çox məyusam. Evimə prokurorluqdan sənəd göndərilib. Sıla ilə bağlı paylaşımımda "İnsan qiyafəsindəki varlıqlar" ifadəsini işlətdiyim və qəzəbimi hər kəs kimi ifadə etdiyim üçün sabah ifadə vermək üçün prokurorluğa gedəcəyəm deyə", müğənni paylaşımında bildirib.