\"Recep İvedik\"dən azərbaycanlılara: \"Qardaş ölkəyə yanlış olmaz\"

\

Məlumat verdiyimiz kimi, aktyor Şahan Gökbaharın yeni filmi "Recep İvedik 5"in treyleri yayımlanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, filmin fraqmentdəki bəzi səhnələri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, idmançı rolunu canlandıran aktyorun filmdə azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sözügedən səhnədə Recep İvedik azərbaycanlı boksçunu döyərək rinqin bir küncünə atır.

Bununla bağlı, Şahan İnstaqram hesabında azərbaycanıların onun ünvanına yazdığı tənqidlərə cavab verib. O, bildirib ki, fraqmentdə hadisələr yarımçıq verilib: 

"Biz kədərləndirmək üçün deyil, güldürmək üçün varıq. Bizdən qardaş ölkəyə səhv addım olmaz. Fraqmentdə sadəcə son bölüm paylaşıldığı üçün səhnəni başqa istiqamətdə başa düşmüsünüz. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atırıq. Hamınızı sevirik".

Daha sonra aktyorun hesabında yerləşdirdiyi bütöv videoya baxdıqda, görünür ki, orada Rəcəp bir-birimizə vurmayaq deyir. Bundan sonra azərbaycanlı boksçu onun sifətinə iki dəfə vurur və "Mən burda cəng etməyə gəlmişəm", söyləyir. O zaman Rəcəb də ona cavab verir.   

Qeyd edək ki, əvvəlki hissələri ilə izlənmə rekordları qıran film fevralın 17-də təqdimatı olacaq.

Xatırladaq ki, bir müddət öncə aktyor sosial şəbəkə hesabında filmin çəkilişlərinin bitdiyini və gələn ay təqdimat mərasiminin olacağını bildirmişdi.




OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...