Logo

Elnarə: “bu ailəni tapdıq və öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük”

Elnarə: “bu ailəni tapdıq və öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Elnarə Xəlilova ötən gün sosial şəbəkələrdə yayılan və insanlar tərəfindən birmənalı qarşılanmayan 6 uşaqlı ailəyə baş çəkib. O, rəfiqəsi və həmkarı Samira ilə bərabər ataları tərəfindən tərk edilən ailənin qonağı olub. .... məlumatına görə, Elnarə ailənin şəraitsiz və acınacaqlı durumda olduğunun şahidi olduğunu bildirib: "Öz gözlərimizlə gördük. 18 illik həyat yoldaşı 1 il öncə bu ailəni tərk edib. Geriyə qalan 6 körpə uşaq oldu. Xahiş edirəm, heç vaxt heç kimi qınamayaq. Qınağımız başımıza gəlməyənə qədər Allah canımızı almaz. Bizim ürəyimiz istədi gəldik, bu ailəni tapdıq və öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük”. Elnarə imkanı olanları bu ailəyə baş çəkməyə çağırıb. Müğənni uşaqların sənədsiz olduğunu da öyrənib və ASAN Xidmət Mərkəzinə də müraciət edib: "Çox istərdim ki, ASAN Xidmət bu uşaqlara sənəd verilməsinə yardım etsin. Uşaqların sənədləri olsun ki, məktəbə gedə bilsinlər”.

Elnarə: “bu ailəni tapdıq və öz gözlərimizlə onların yaşadığı şəraitsiz daxmanı gördük”
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR