ATV-də canlı yayımda RÜSVAYÇILIQ: Turan özünü belə biabır etdi - VİDEO

ATV-də canlı yayımda RÜSVAYÇILIQ: Turan özünü belə biabır etdi - VİDEO
"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin (ATV) "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov verilişin 2016-cı il 15 noyabr tarixli yayımında ciddi savadsızlığa yol verməklə yanaşı, görkəmli bəstəkar, məşhur şair və nəhəng ifaçının tandemindən yaranan möhtəşəm "Gedək üzü küləyə" mahnısına qarşı açıq şəkildə kinayə nümayiş etdirib. 

BiG.AZ xəbər verir ki, klassik bəstəkarlarımızın mahnılarını ifa etməklə qısa müddətdə "Facebook" sosial şəbəkəsində populyarlaşan gənc ifaçı Çinarə Məlikzadənin təqdimatı zamanı onun oxuduğu "Gedək üzü küləyə" mahnısını xatırladan aparıcı tamaşaçıda ikrah yarada biləcək qırıq-qırıq ifadələr işlədib: "... özü də oxuduğu mahnı deyəsən diqqət çəkib... ( burada kinayə təbəssümlü "hi..." şəkili gest etməyi də unutmayıb - red.)... gedək üzü küləyə... gedək üzü küləyə hansı mahnıdır bilmirəm, amma indi hamısını özünüz görəcəksiz".

Ardından Çinarə xanımla süjet göstərilib. İfaçı süjetdə "Gedək üzü küləyə" mahnısına müraciət etməsinin səbəbini açıqlayır: "Gedək üzü küləyə"ni universitet vaxtlarından ifa edirdim, çox xoşuma gəlirdi. Ümumiyyətlə, Şövkət Ələkbərovanın ifasını dinləyirəm, çox xoşuma gəlir...".

Göründüyü kimi, Çinarə Məlikzadə həmin mahnının ən azı kimin repertuarından olduğunu deyir. Aparıcı Turan bəy giriş verməmişdən öncə o süjetə baxsaydı, Şövkət Ələkbərovanın adını eşidib, heç olmasa jestlərini cilovlayardı... bəlkə də cilovlayardı. Əslində haqqında danışdığın insanın gərək əvvəl açıqlamasını dinləyəsən ki, onu necə təqdim etməyi dəqiqləşdirəsən - jurnalistikanın sadə prinsiplərindən biridir. 

İkinci tərəfdən, "Gedək üzü küləyə" mahnısına kinayə ilə yanaşmaq, gərək jurnalistdən, həm də ATV kimi telekanalın 2 saatlıq səhər verilişini aparan jurnalistdən uzaq olsun. 

Xatırlatma: "Gedək üzü küləyə" mahnısının sözlərini Əliağa Kürçaylı yazıb, bəstəkarı Elza İbrahimova, ilk və möhürlü ifaçısı Şövkət Ələkbərovadır.bakipost

//www.youtube.com/watch?v=jDXduycKdE8

OXŞAR XƏBƏRLƏR

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...