Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı

Tanınmış aktrisanın 26 yaşlı gəlininin meyiti tapıldı

Sankt-Peterburqda aktrisa Mariya Şukşinanın keçmiş gəlini Freya Zilberin meyiti aşkarlanıb.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Zilberin cəsədi Narodnayadakı mənzildə tapılıb. Onun yanında şprislər və siqaret kötükləri aşkarlanıb. 

 

26 yaşlı Freyanın yanında 32 yaşlı kişi və bir qadının opiat və metadondan kəskin zəhərlənmə ilə meyiti tapılıb. Cəsədlər ekspertizaya göndərilib.

 

2018-ci ildə Freya Zilber efirlərin birində Şukşinanın oğlu Makar Kasatkinin oğlu Markdan imtina edərək aliment ödəməməsindən şikayət etmişdi. Şukşina deyilənləri təkzib edərək nəvəsinin onlarla yaşadığını bildirmişdi. 


OXŞAR XƏBƏRLƏR