Ofeliya Sənaninin vəziyyəti AÇIQLANDI

Ofeliya Sənaninin vəziyyəti AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. 

 

Sfera.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir.

 

“Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.

 

Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir.

 

Xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır”, - rəsmi məlumatda vurğulanıb. 

 

Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.


OXŞAR XƏBƏRLƏR

Aysel Şükürovanın keçmiş əri övladlarından İMTİNA ETDİ

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə Aysel özünün "Instag...

"Eşref Rüya" izləyicilərinin DİQQƏTİNƏ

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Eşref Rüya" serialının 5-ci bölümündən etibarən yutub platformasında yayımlanmayacağı bildirilmişdi.  ...

Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a a...

Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - VİDEO

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına ...

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...