“Ramiz Rövşənin bu şeiri xoşuma gəlmir” – Geranidən qalmaqallı AÇIQLAMA + VİDEO

“Ramiz Rövşənin bu şeiri xoşuma gəlmir” – Geranidən qalmaqallı AÇIQLAMA + VİDEO

“Sənət estetika məsələsidir”.

 

Sfera.az bildirir ki, bunu tanınmış şair Şəhriyar del Gerani dizayner Aynur Xəlilovanın “Youtube”da yayımlanan "Hərşeyşünas" podkastında qonaq olarkən söyləyib.

 

Gerani Xalq şairi Ramiz Rövşənin “Səni sevmək çətindir, Vətən” şeirini müzakirə edərkən, misraların qeyri estetik olduğunu bildirib:

 

“”Sənə sevgim zorlanmış qızı sevməyə bənzər...”. Bu nədir? Zorlanmış qızı sevmək nə deməkdir? Ona görə deyirəm ki, sənət özü estetika təklif etməlidir. Yəni Azərbaycan xalqının düşüncəsində olan biabırçılıqları götürüb şeirə gətirmək və oradan xal tutmaq böyük şairə yaraşmaz. Zorlanmış qızı sevməkdə nə var ki, indi zorlayıblar da nə olsun?”.

 

Şair qeyd edib ki, onun bir müəllif kimi Ramiz Rövşənin sözügedən şeirindən xoşu gəlmir: “Mən onun böyüklüyünü başqa yerlərdə görürəm. Məsələn, onun "Ay işığı" şeiri dərsliyə salınası şeirdir”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...