Serialın çəkiliş meydanında aktyor həmkarına hücum etdi - SƏBƏB...

Kateqoriya məlum deyil
T
Türkiyənin Kapadokya şəhərində "Siyah Kalp" serialının çəkilişi zamanı dava baş verib.
Sfera.az xəbər verir ki, ekran işində rol alan aktyor Burak Sergen həmkarı Bülent Polata hücum edib.
![]()
Buna səbəb Bülentin digər həmkarı Esra Dermancıoğlu ilə danışıb-gülməsi olub.
![]()
Bundan qəzəblənən Sergen Bülentlə əvvəl mübahisə edib. Daha sonra onun üzərinə hücum çəkib.
Çəkiliş heyəti iki aktyorun davasına müdaxilə edərək onları sakitləşdirib.
![]()






