Vanda Nara barəsində istintaq başladıldı
Maqazin
14:26 / 09.12.2024
5383
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara barəsində istintaq başladılıb.
Sfera.az xəbər verir ki, o gəncləri qanunsuz mərc oyunlarına təşviq etməkdə ittiham edilir.
Vanda Naranın instagram profilində təbliğ etdiyi onlayn kazinonun Buenos-Ayres şəhərində və ya Argentinanın heç bir əyalətində lisenziyası olmadığı müəyyən edilib.
Bu səbəbdən o polis şöbəsinə dəvət olunaraq dindiriləcək.
Argentina mətbuatının yaydığı son məlumata əsasən, o dekabrın 17-də dindiriləcək.