"Sihirli annem"in məşhur aktrisası nişanlandı - FOTO

"Sihirli annem"in məşhur aktrisası nişanlandı - FOTO

"Sihirli annem" serialında "Çilek" obrazını canlandıran Zeynəb Özkaya ailə qurur.

 

Sfera.az xəbər verir ki, Zeynəb 7 ildir eşq yaşadığı sevgilisi Oğulcan Can ilə nişanlanıb.

 

Mərasimdə Zeynəb "Sihirli annem" serialında Ceren obrazı ilə tanınan aktrisa Gizem Güvenlə illər əvvəlki epizodu təkrarlayıblar.

 

26 yaşlı aktrisa evlilik yolundakı ilk addım olan elçilik mərasimindən çəkilən fotoları sosial mediada izləyiciləri ilə bölüşüb. O, paylaşımında “Həyəcandan ölürdüm, amma hər şey çox gözəl və hüzurlu idi” deyə qeyd edib və növbəti həftə söz və nişan mərasimlərinin keçiriləcəyini bildirib.

 

Zeynəb Özkaya 1998-ci ildə İstanbulda anadan olub və “Sihirli Annem” serialından başqa “İki Aile”, “Eyvah Halam” və “Altındağlı” kimi seriallarda da rol alıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR