Logo

Məşhur aktyor böyrək çatışmazlığından əziyyət çəkir - FOTO

Məşhur aktyor böyrək çatışmazlığından əziyyət çəkir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Ağsaqqal” kimi ölkədə məşhurlaşan aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.

Sfera.az xəbər verir ki,  bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində məlumat verib.

Azər bildirib ki, ona əməliyyat yolu ilə böyrək köçürüləcək:

“Az qalıb, həll olunmalıdır. Böyrəyimdə problem var idi, əməliyyat olunmuşdum. Son günlər həmin problem yenidən yarandı. Bu dəfə də əməliyyata gedəcəyəm. Bu, son olacaq. Böyrək köçürülməsi olunacaq”.

Qeyd edək ki, Azər illərdir böyrək çatışmazlığından əziyyət çəkir. O, bir müddət əvvəl donor axtardığını deyib.

Məşhur aktyor böyrək çatışmazlığından əziyyət çəkir - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR