“Dedilər ki, Aygünlə Röyanı niyə barışdırdın?” - AÇIQLAMA

“Dedilər ki, Aygünlə Röyanı niyə barışdırdın?” - AÇIQLAMA

“Mənim barışdırdığım insanlar olub. Məsələn, Aygün Kazımova ilə Röya Ayxanı barışdırmışdım”.

 

Sfera.az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında ARB TV-də yayımlanan “Pərvizə görə” layihəsində Xalq artisti Faiq Ağayev deyib. 

 

Sənətçi deyib ki, bu barışığa imza atdığı üçün ona düşmən olanlar olub:

 

“O qədər bunun düşməni çıxdı, dedilər ki, niyə etdin? Sonra ikisi də sənə badalaq gələcək. İnsan yaxşılığı edirsə, sonrasını fikirləşməlidir. Bunu edəndə mənə yük idi. İllərlə mənimlə bərabər silahdaş kimi eyni yolu gedən Aygün Kazımova və çox sevdiyim Röya Ayxan niyə düşmən olmalıdır? İnsanlar müxtəlifdir, ibnələr var ki, deyirlər, filankəslə dostluq etmə.  Sənə qarşı belədirsə, o demək deyil ki, hamıya qarşı belə olacaq. Hər şey fərdidir. Hamı hamı üçün yaxşı ola bilməz”.

 

 


OXŞAR XƏBƏRLƏR