Məşhur müğənni sağalmaz xəstəliyi olduğunu AÇIQLADI - FOTO

Məşhur müğənni sağalmaz xəstəliyi olduğunu AÇIQLADI - FOTO

Müğənni Elvin Mirzəzadə müalicəsi olmayan xəstəliyindən danışıb.

 

Sfera.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində açıqlama verib.

 

Elvin deyib ki, onun xəstəliyi dərisindədir:

 

“Vitiliqo xəstəliyidir. Piqmentin itməsidir. Haradasa 21-22 yaşlarımdan başladı, mərhələ-mərhələ çoxaldı. Səbəbi də, müalicəsi də bəlli deyil. Hər bir orqanizm fərqlidir. Sadəcə qarşısını almaq mümkün deyil. Keyfinə düşəndə yayılır. Əsəblə əlaqəli olduğu deyilir. Daha çox immun sistemi ilə əlaqəlidir. Maykl Ceksonda da bu xəstəlik olub. Sadəcə qara dərili olduğu üçün onda daha çox büruzə verib. Mən də zaqar olanda daha çox görünür. Səhhətimə heç bir təsiri yoxdur. Qətiyyən kompleks etmirəm. Əksinə mənə zövq verir, belə xoşbəxtəm”.

 


OXŞAR XƏBƏRLƏR