Logo

Aparıcı aktrisalığa başladı

Aparıcı aktrisalığa başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparıcı Xədicə Sənanqızı aktrisalıq sahəsində özünü sınamağa başlayıb.

Sfera.az-ın axşam.az-a istinadən məlumatına görə, o, bildirib ki, ATV-də yayımlanan "Qız atası” serialında rol alır:

"Bir neçə bölümdür ekran işində Ellada obrazını canlandırıram. Aktrisalıq çox maraqlıdır. Bundan sonra  filmlə bağlı təklif gəlsə, razılaşacam. Özümü böyük filmdə də sınamaq istəyirəm. Həyatda çox mülayim, hər şeylə razılaşan biriyəm. Amma mənfi obraz canlandırmaq istəyirəm".

X.Sənanqızı vaxt azlığından da şikayətlənib:

"Həftənin 5 günü canlı yayımdayam. Həftəsonları isə serial çəkilişində oluram. İstirahətə vaxtım qalmır. Mən serialın çəkilişi zamanı dincəlirəm. Yaradıcı heyətimiz maraqlı insanlardan ibarətdir. Onların yanında bütün yorğunluğu atmaq olur".

Aparıcı aktrisalığa başladı
Aparıcı aktrisalığa başladı
Aparıcı aktrisalığa başladı
Aparıcı aktrisalığa başladı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR