Dünya ulduzlarını geyindirən azərbaycanlı dizayner - FOTOLAR

Dünya ulduzlarını geyindirən azərbaycanlı dizayner - FOTOLAR

Azərbaycanı dünyada layiqincə təmsil edən kifayət qədər həmyerlimiz var. Onlardan biri də beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıldır.

 

Sfera.az bildirir ki, R.İsmayıl həm də məşhur brend olan “Afffair”in yaradıcısıdır.  “Afffair” - “Contemporary Classic” ilhamından doğan qlobal baxış və toxunuşa malik beynəlxalq moda brendidir. Onun rəsmi ofisi Şərqlə Qərbin kəsişməsində -  ilham qaynağı olan kosmopolit şəhər İstanbulda yerləşir.  Rüfət İsmayıl ilk Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilib. 

 

 

2 fevral 1981-ci ildə, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olan R.İsmayıl 19 yaşında Niderlandın Amsterdam şəhərinə köçüb. Gənc yaşlarında Valentin Yudaşkin, Pak Roban və bir çox məşhur dizaynerlərlə çalışmağa başlayıb. Yeniyetməlik illərində moda evlərində modellik etməyə başlayan Rüfət  2000-ci ildə Azərbaycanın "Ən Yaxşı Modeli" adına layiq görülüb. O, 2014-cü ildə öz brendini yaratmaq qərarına gəlib,  Milanda "Afffair.fff" kişi kolleksiyasını hazırlayıb.  

 

Rüfət İsmayıl Türkiyənin İstanbul şəhərində yaşayır. Türkiyənin "ən yaxşı dizayneri" adına layiq görülüb. Onun kolleksiyası "Pitti Uomo" sərgisində də təqdim olunub. 2019-cu ildə Rumıniyanın "Fashion TV" kanalı onu Avropanın ən yaxşı dizayneri hesab edib. Onun yaratdığı moda kolleksiyaları dünyanın aparıcı moda nəşrlərində, o cümlədən İtaliyanın "Vogue" jurnalında yer alıb. 

2019-cu ildə "Men's Health" kişi jurnalının siması olan ilk azərbaycanlı kimi tarixə düşüb. Həmin ilin fevralında dizaynerin "Kəpənək Effekti" adlı kolleksiyası Nyu-Yorkda nümayiş olunub, həmçinin Nyu York Moda Həftəsində özünün "Afffair Khari Bulbul flower" kolleksiyasını təqdim edib. Həmin ilin sentyabrında türkiyəli aktrisa Nəbahat Çehrə ilə yeni kolleksiyasını nümayiş etdirib. Onun "AFFFAİR" brendinin 2020–2021-ci il payız/qış mövsümünə aid kolleksiyası Parisdə moda həftəsində təqdim edilib. Koronavirus təhlükəsinə görə Dubayda "Fashion Forward" moda həftəsində Rüfət İsmayılın kolleksiyası rəqəmsal formatda təqdim olunub. 10–15 aprel tarixlərində isə Londonda təqdimatı baş tutub.

 

2021-ci ilin oktyabrında onun Azərbaycan xalçalarına, Azərbaycan mədəniyyətinə və İkinci Qarabağ müharibəsindəki qələbəmizə həsr etdiyi "Sumax" adlanan "Haute Couture" kolleksiyası Parisdə təqdim edilib. "Sumax" kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir. Rüfət İsmayılovun ulduz alıcıları arasında Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande, Lil Kim, Cordana Hyuston, Alan Tapiqliana, Aşanti, Dua Lipa, Loren Xureqi, Kristina Agilera və başqalarını var.

 

Həmçinin qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL-ın öz əməkdaşları üçün təqdim etdiyi yeni forma da dizayner Rüfət İsmayıl tərəfindən hazırlanıb. O, klassik üsluba müasir bir toxunuş əlavə edərək balanslaşdırılmış zəriflik yaratmağı hədəflədiklərini qeyd edib. “Mən fəxr edirəm ki, Azərbaycan Hava Yolları öz əməkdaşları üçün yeni geyim forması dizaynını mənim vizyonuma etibar edib”, -  R.İsmayıl bildirib.

 

Türkan  


OXŞAR XƏBƏRLƏR

Belarusda ikinci AES tikilə bilər

Belarus prezidentliyinə namizəd, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov hesab edir ki, respublikanın ikinci Atom Elektrik Stansi...

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...