Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb.

 

Sfera.az bildirir ki, Beyons saçlarının heç vaxt sağlam və güclü olmadığını vurğulayaraq, “Cecred” adlı öz markasının təqdimat videosunu paylaşıb.

 

İlk dəfə fvral ayında saça qulluq vasitələrinin layihəsini hazırladıqda, məşhur ulduz şiddətli tənqidlərə məruz qalmışdı. Çoxları onun belə bir məhsul buraxmağa haqqı olmadığını iddia edib. Onlar bunu Beyonsun daha çox parik taxmasına görə tanınması ilə izah ediblər. 


Lakin Beyonce yeni videosunun təqdimatı ilə tənqidlərin əsassız olduğunu sübut edib. Videoda parik və ya saç uzadıcı vasitələrin köməyi olmadan inanılmaz görünüşü əldə etməyin yolları və sirləri təqdim edilir. 

 

Videoda onun təbii qıvrım saçları salonda yuyulur. Əvvəlcə usta yeni xətt şampundan istifadə edir. Usta köpük və sakitləşdirici qoxusunu bəyəndiyini bildirir. 

 

Sonra, ulduzun yeni boyanmış saçlarına yüngül kondisioner üçün fermentləşdirilmiş düyü və qızılgül zülalı maskasından istifadə edilir.

 

Sonra Beyons stilistdən fen və  ütü ilə işləməzdən əvvəl “Cecred” Nəmləndirici Losyon sürtməsini istəyir. 

 

"Parik taxan insanların uzun və sağlam saçları olmur fikri kökündən yanlışdır. Bu, boşboğazlıqdan başqa bir şey deyil. Bu, heç kimin işi deyil, sırf peşəkarların bildikləridir"- deyə Beyonce bildirib. 

 

Beyons əlavə edib ki, o, saçlarını orta səviyyədə qurutmağı və incə dişli köhnə məktəb daraqlarından istifadə etməyi xoşlayır.

 

Qeyd edək ki, Beyons parik taxdığı üçün tez-tez tənqid olunur.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası KEÇİRİLDİ

Mayın 4-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin...

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi: "COP29-u dəstəkləməyə hazırıq"

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edərək COP29-un keçirilməsinə hər cür dəstəyi verməyə hazır olduğunu bildirib. ...

ANAMA sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə GÖRÜŞDÜ

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard...

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən KEÇİRİLDİ

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib.   Sfera.az Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə e...

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru OLDU

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlakın işsiz günləri başa çatıb.   Sfera.az xəbər verir ki, Türkiyəli mütəxəssis Azərbaycan millis...

Aeroflot Superjet 100-ün QƏZASI: Yekun hesabat HAZIRLANDI

Dövlətlərarası Aviasiya Komitəsi (DAK) 2019-cu ildə Şeremetyevoda qəzaya uğrayan Aeroflot Superjet 100 təyyarəsi ilə bağlı yekun hesabatı hazırlayıb. &n...