Xalq artisti Yusif Eyvazovun Moskvadakı konserti təxirə düşdü

22:22 / 25.03.2024
9937
Xalq artisti Yusif Eyvazov sabah Moskvada keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.
Sfera.az xəbər verir ki, bu barədə sənətçi “Instagram” səhifəsində məlumat yayıb.
O, “Crocus City Hall” ticarət mərkəzində törədilən terrordan sonra konsert vermək üçün komandasında və özündə güc olmadığını qeyd edib.
Sənətçi tamaşaçıları ilə mayın 25-dən sonra görüşəcəyini bildirib.