Türkiyəli məşhur sevgilisindən AYRILDI - FOTO

16:33 / 23.03.2024
21337
Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb.
Sfera.az bildirir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:
“Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızda bəzi neqativ hallar oldu, danışaraq münasibətimizi bitirmək qərarı aldıq. Amma yazılanlar doğru deyil, yəni ayrılmağımıza səbəb qısqanclıq deyil. Hamının yolu açıq olsun”.
Qeyd edək ki, cütlük ötən il mükafatlandırma mərasimlərinin birinə əl-ələ tutaraq gəlmiş və bununla münasibətdə olduqlarını elan etmişdilər.
Türkan