\"ABBA\" qrupunun üzvləri \"Vasa\" ordeni ilə təltif edildi

22:04 / 21.03.2024
33155
"ABBA" qrupunun üzvləri "Vasa" ordeni ilə təltif edib.
Sfera.az xəbər verir ki, İsveç kralı XVI Karl Qustav pop qrupunun üzvlərini - Agnetha Fältskog , Björn Ulvaeus , Benny Andersson və Anni-Frid Lyngstadı "beynəlxalq musiqi həyatına xüsusi töhfələrinə görə" cəngavər ordeni ilə mükafatlandırıb.
Vurğulanır ki, Kral Cəngavər Ordeni təxminən 50 ildən sonra ilk dəfədir ki, İsveç nümayəndələrinə verilir.
Daha əvvəl bildirilmişdi ki, "ABBA" pop qrupu müsabiqədəki qələbəsinin 50-ci ildönümünə baxmayaraq, "Eurovision 2024"də çıxış etməkdən imtina edib. Benni Andersonun sözlərinə görə, "ABBA" heç vaxt "Eurovision"da iştirak etməyəcək.
İnci