"Tənqidləri təhqir kimi qəbul edir, yaxud..." - Tahir İmanovdan Elgizin dediklərinə REAKSİYA

Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Sfera.az bildirir ki, o, bu barədə "Künc-bucaq" adlı “Youtube” layihəsinin qonağı olarkən danışıb. Aktyor sözügedən məsələnin Elgizin öz işi olduğunu qeyd edib.
“Ümumiyyətlə KVN heç vaxt, heç kimi nə təhqir edib, nə də bu işlərlə məşğul olub. Bəzən insanlar tənqidləri təhqir kimi qəbul edir, yaxud tənqidləri qəbul etmir. Ona görə də müxtəlif ifadələrlə buna yanaşırlar, ləqəblər fikirləşirlər və.s. Bu, onun şəxsi işidir və onu müzakirə etmək istəmirəm. Cavab da vermək istəmirəm”, - T.İmanov bildirib.
Xatırladaq ki, Elgiz Əkbər aktyor barədə bunları demişdi:
"Tahirlə aram yoxdur, onu sevmirəm. Amma Cabiri sevirəm, ürəkdir. Bəlkə indi Tahir də deyəcək, mən də səni sevmirəm. O da bizim vətənin oğludur. Qəlbimə dəymişdi. Bir nəfərin yas məclisində görüşdük, danışdıq. Söhbətimiz oldu, istedadlıdır, mədəniyyətimizi təbliğ ediblər. Cabir İmanovu daha çox istəyirəm. Tahirə də can sağlığı diləyirəm. Bir dəfə məni təhqir etmişdi”.
Günay