\"Xəbərlər paylaşırlar...\" - Aynişandan həbs olunması xəbəri ilə bağlı AÇIQLAMA - FOTO

10:18 / 16.03.2024
4734
Tanınmış bloger Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva haqqında instaqramda çıxan feyk xəbərlərə aydınlıq gətirib.
Sfera.az olay-a istinadən xəbər verir ki, bloger bu haqda instaqramın hekayə bölməsində paylaşım edib.
"Adımla bağlı feyk xəbərlər paylaşırlar. Yəqin, spamdır, linkə keçid etsəniz, səhifənizi qıra bilərlər. Məzmuna gülmüşəm, amma", - deyə, A.Quliyeva bildirib.
Qeyd edək ki, Aynişan haqqında sosial şəbəkələrdə Amerikaya qaçmaq istəyəndə aeroportda saxlanıldığı ilə bağlı xəbərlər paylaşılıb.Aynişan aeroportda saxlanılıb?