Türkiyəli məşhur müğənninin səhhətində ciddi problem yarandı

Türkiyəli məşhur müğənninin səhhətində ciddi problem yarandı

Məşhur türkiyəli müğənni Gökhan Özenin səhhətində ciddi problem yaranıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə ifaçı sosial şəbəkə hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, İzmirdə konsert verdikdən sonra çox ciddi şəkildə infeksiyaya yoluxub. Müayinələrdən sonra həkim ona heç kimlə təmasda olmamaq barədə xəbərdarlıq edib.

 

“İzmir konsertindən sonra son üç gündür ki, ciddi infeksiyaya yoluxmuşam, yataqdayam. Həkimlərimizdən ciddi xəbərdarlıq almışam. İndi mənə imza günü yüzlərlə insanla əlaqə saxlamaq qadağandır. Mənə bu infeksiyaların epidemik xəstəliklərdən qaynaqlandığını və təmas yolu ilə keçdiyini izah etdilər. Konsertlərimdən sonra saatlarla sevdiklərimlə şəkil çəkdirməkdən həzz alıram. Amma konsertdən sonra bu kulis seanslarında tərim soyumamış yüzlərlə insanla saatlarla təmasda olduğum günlər məni ikinci dəfə yatağa məhkum etdi. Həkimlərimdən ciddi göstərişlər var, kədərlə bildirirəm ki, belə təmasları bitirirəm”, - deyə ifaçı təəssüflə bildirib. (Oxu.az)

 

 


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...