Aysun İsmayılova ana OLACAQ: "Toy etməmək səbəbimiz isə..."

Aysun İsmayılova ana OLACAQ:

Müğənni Aysun İsmayılova Tarix Əliyevin aparıcısı olduğu “Tarixin bir günü” adlı verilişdə ana olacağını açıqlayıb. Bu açıqlamadan sonra o, iradlara məruz qalıb.

 

Sfera.az xəbər verir ki, müğənni bu iradlardan sonra sosial şəbəkə hesabında paylaşım edib:

 

“Bəziləri ağzınıza gələni yazırsız, əvvəl öz ailənizə, nəslinizə baxın və daha sonra tanımadığınız insanlar haqqında danışın. Bilib-bilmədən günahımı almayın. Ramazan ayıdır. Allahdan qorxun. Toy etməmək səbəbimiz isə yanvar ayının əvvəli cavan qohumumuzun dünyasını dəyişməsidir. Mən bəziləri kimi yasını unudub, qol qaldırıb oynayacaq biri deyiləm. Bəzi “tərbiyəlilər” üçün ikinci dəfə ailə qurmaq utancvericidir, amma sevgililər dəyişmək yox. Çox şükür, heç kim deyə bilməz ki, Aysunun səhv hərəkəti olub. Alnım açıqdır və bəziləri kimi altdan iş görməmişəm. Ailə qurduğum üçün çox xoşbəxtəm. Heç kimin tərbiyəsinə, namusuna söz atmayın. Vicdanınız olsun. Müğənni olmaq tərbiyəsiz olmaq demək deyil”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...