"Netflix" mükafata layiq GÖRÜLMƏDİ - Bu filmlərə 400 milyon ayrılsa da...

Maqazin
12:23 / 12.03.2024
8033
Ötən gün 2024-cü il Akademiya Mükafatları mərasimi baş tutub. Həmin mərasimdə məşhur olan film kanalları mükafata layiq görülüb.
Sfera.az xəbər verir ki, "Netflix" isə 2024-cü il Akademiya Mükafatları mərasimində uğursuz olub. Bir çox rəqəmsal yayım kanalları yarışarkən, "Netflix" yalnız bir "Oskar" mükafatı qazana bilib. Kanal, flmlərinə görə 19 kateqoriyada nominasiya alsa da, gecəni yalnız bir qalibiyyətlə başa vurub.
Wes Andersonun "The Wonderful Story of Henry Sugar" filmi "Ən yaxşı qısametrajlı film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.
Martin Skorsezenin "Çiçək Ayın Qatilləri" və Ridli Skottun "Napoleon" filmlərinə 400 milyon dollardan çox vəsait ayrılsa da, heç bir mükafat qazana bilməyib.
Ülkər Abdurahmanlı